Paşinyanın arvadına bahalı saat hədiyyə ediblər.
Bu iddia ilə “Joğovurd” qəzeti məlumat yayıb.
Erəni nəşri mövzunu belə davam etdirib:
“Bu günlərdə İsveçrədə olan Baş nazirin həyat yoldaşı Anna Akopyana bahalı saat hədiyyə edilib.
Mənbələrimizin bildirdiyinə görə, hədiyyə xanım Akopyana yerli erməni icması və Ermənistanın İsveçrədəki səfiri Andranik Hovhannisyanla görüşdə verilib. Məlumatı Anna Akopyanın ofisindən öyrənməyə çalışdıq. Onun köməkçisi telefonumuzu söndürərək sualımızı yazı ilə verməyimizi xahiş etdi. Sualı mesajda formalaşdırdıq və göndərdik, lakin cavab almadıq.
Qeyd edək ki, Baş nazirin xanımı Sürixdə tanınmış erməni iş adamı Vardan Srmakeşlə görüşüb.
“Mən Vardan Srmakeşi Sürixdə görməyə nail oldum, uzun fasilədən sonra danışacaq çox şeyimiz var idi”, - Paşinyanın həyat yoldaşı rəsmi “Facebook” səhifəsində bildirib.
Xatırladaq ki, Srmakeş 2018-ci il inqilabından sonra İrəvanda “Ajapnyak” metrostansiyasını maliyyələşdirməyə söz verən, hətta cüzi pul köçürən, lakin hələ də metro stansiyası tikməyən iş adamı olub. İndi belə görünür ki, hökumətə yeni vədlər lazımdır”, - deyə qəzetin bu günkü sayında dərc olunan məlumatda qeyd olunur.
İş adamı Paşinyanın arvadına bahalı saat hədiyyə etdi
28
may
12:46

Qarabağ
KOMMENTLƏR
Paşinyanın arvadı Monakoya qumar oynamağa gedir? - Erməni nəşrindən iddia
Paşinyanın həyat yoldaşı “COVID-19” üçün ayrılan pula silah alır? – "Hraparak" qəzeti
Anna Akopyan Kiyevə gedib
Paşinyanın arvadı Qərbdə və Rusiyada nə axtarır? - İlginc versiya
Bakıda 70 min AZN-lik avtomobil nömrəsi kimə hədiyyə edildi? (VİDEO)
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat