Polşanın digər şəhərlərindən Azərbaycana aviareyslərin işə salınması istisna olunmur.
Bunu Trend-ə Polşanın "LOT Polish Airlines" aviaşirkətinin baş icraçı direktoru Rafal Milçarski deyib.
"Biz əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı AZAL ilə müzakirələrə açığıq. Qeyd etmək istərdim ki, AZAl sayəsində polşalı turistlər Bakıya gələ və buradan Azərbaycanın digər şəhərlərinə gedə bilir. Varşavadan başqa Polşanın digər şəhərlərindən Azərbaycana reyslərin işə salınmasına gəldikdə, biz bunu istisna etmirik", - deyə o bildirib.
Onun sözlərinə görə, Varşava-Bakı-Varşava reysinin işə düşməsi Azərbaycanla Polşa arasında iqtisadi, mədəni və sosial əlaqələrə böyük töhfə verəcək.
"Bu marşrutun reallaşdırılması gözlənildiyindən daha çox vaxt apardı ki, bu da əsasən COVID-19 pandemiyası ilə əlaqədar idi. Bizim Azərbaycan hökumətindən, AZAL-dan aldığımız kömək də əhəmiyyətli olub", - R.Milçarski deyib.
İcraçı direktor qeyd edib ki, bu marşrut Polşada təhsil alan çoxsaylı azərbaycanlıların hərəkətini asanlaşdıracaq.
Xatırladaq ki, Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib. Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək.
Polşa şəhərlərindən Azərbaycana yeni aviareyslər açıla bilər
31
may
05:42

Qarabağ
KOMMENTLƏR
Polşa Ukraynaya 60 tank verəcəyini açıqladı
Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri verib
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
"Polşa NATO ilə birlikdə Ukraynaya qırıcı təyyarələr verməyə hazırdır" - Polşanın baş naziri
Polşa Ukraynaya qarşı bu qadağanı götürməyəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat