Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.    
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.    
Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib.    
Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.скачать dle 12.1