Bu gün İrəvanda "Müqavimət Hərəkatı"nın tərəfdarları Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinə doğru yürüşə başlayıblar.
"Armenian News" xəbər verir ki, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bir müddət əvvəl bu barədə məlumat yayıb.
O bildirib ki, müxalifət son günlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baş vermiş zorakılıq faktlarını təqdim etmək üçün Aİ ofisinə gedəcək.
“Biz müvafiq qiymətləndirmə tələb edəcəyik. Bu ikili standartlar və onların susqunluğu ölkədə Nikol Paşinyan diktaturasının bərqərar olmasına kömək edir, biz buna imkan verməyəcəyik”.
İ. Saqatelyan Ermənistanda akkreditə olunmuş müxtəlif səfirlərlə mövcud vəziyyəti onlara təqdim etmək üçün görüş tələb edəcəklərini bildirib.
İrəvanda yeni yürüş başlayıb
07
iyun
11:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat