Xarkovda Rusiya ordusunun hücumu nəticəsində çökmüş evin dağıntıları altından 52 yaşlı kişi xilas edilib.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Məlumata görə, rusiyalı hərbçilərin atəşi nəticəsində fərdi evdə yanğın başlayıb və binanı bir hissəsi uçub. Nəticədə 52 yaşlı kişi dağıntılar altında qalıb, 70 yaşlı qadın isə yaralanıb.
Dövlət Fövqəladə Hallar Xidmətinin 3 yanğınsöndürən və xilasetmə qüvvəsi 2 saata yaxın yanğınla mübarizə aparıb.

скачать dle 12.1