Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən “Regnum” informasiya agentliyi 4 sentyabr tarixli “Dağlıq Qarabağın yeni ümidləri” adlı məqaləsində Rusiya tərəfindən Ermənistana yeni silahlar göndərildiyini təsdiq edib.
Bakısəsi xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi internet saytında məqalə yerləşdirilib. Məqalədə deyilir:
“Ənənəsinə uyğun olaraq Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və nizama salınması ilə əlaqədar real faktları ən kobud şəkildə təhrif etməkdən çəkinməyən agentlik 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı sayəsində başlayan döyüşlərin həqiqi səbəblərini tamamilə yanlış və açıq qərəzli şəkildə təqdim etməyi də unutmamışdır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, sözügedən agentlik iyul döyüşlərindən sonrakı vəziyyəti “Bakının Ermənistana yeni Rusiya silahlarının göndərilməsinə sərt və acıqlı reaksiyası” kimi qiymətləndirməklə, əslində iyul döyüşlərinin ardınca Rusiyanın təcavüzkar Ermənistanı silahlandırdığını təsdiq edib”.
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
04
sentyabr
14:37

Qarabağ
KOMMENTLƏR
Suriyadan qalxan Rusiya hərbi-nəqliyyat təyyarəsi Yerevana nə gətirdi?
Rusiya Ermənistana əlavə Su-30CM verməyə hazırlaşır
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
"Başqa həll modeli mövcud deyil” - Hikmət Hacıyevdən Qarabağ AÇIQLAMASI
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat