Hüquqşünas Andrey Aleşkin Rusiyadan deportasiya edilən müğənni Nərgiz Zakirovanın Maksim Fadeyevin mahnılarını oxuyacağı təqdirdə həbs olunacağını açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə KP.RU məlumat yayıb. Daha əvvəl müğənni pərəstişkarlarına bəzi sevilən mahnıları repertuarına qaytaracağını bildirmişdi.
Sənətçinin "Çox sevdiyiniz hitləri yenidən eşidəcəksiniz" sözlərinə keçmiş prodüseri Maksim Fadeyev sərt reaksiya verib. O bildirib ki, Nərgizin ən sevilən mahnıları "Нежность", "Мы вдвоем" və "Нас бьют - мы летаем"in müəllifi özüdür. Zakirovadan ayrıldıqdan sonra Fadeyev müğənniyə repertuarını ifa etməyə qadağa qoyub.
"Birincisi, bu cinayət maddəsidir və onun hansı bölgədə yerləşməsinin fərqi yoxdur. İkincisi, bu açıqlama məni güldürür: bununla Nərgiz yalnız mahnılarım və musiqim olmadan heç kim olduğunu təsdiqlədi. Adi karaoke ifaçısıdır. İndi o, məni yalnız güldürür" deyə, prodüser açıqlamasında deyib.
Nərgiz Zakirova həbs oluna bilər
09
iyun
18:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat