Amerikalı müğənni Britni Spirs sevgilisi, fitnes məşqçisi Sem Asgari ilə evlənib.
Xarici KİV xəbər verir ki, toy mərasimi iyunun 9-da baş tutub.
Bildirilir ki, mərasimdə müğənnin yaxın dostları və ailə üzvləri iştirak edib. Diqqət çəkən məqamlardan biri də Britni Spirsin birinci həyat yoldaşının toya dəvətsiz gəlməsi olub. Belə ki, mühafizəçilər Ceyson Aleksandrı mərasimə dəvətli olmadığını bildirirərək onu toydan uzaqlaşdırmağa çalışıblar.
Bu zaman o, "Mənim adım Ceyson Aleksandrdır. Britni məni bura dəvət edib. O, mənim birinci həyat yoldaşımdır, yeganə həyat yoldaşımdır. Mən onun birinci əriyəm", - deyə qışqırmağa başlayıb. Əraziyə sövq edilən polis qrupları Ceysonu saxlayıblar.
Xatırladaq ki, bu Britninin üçüncü evliliyidir.
Britni Spirs üçüncü dəfə EVLƏNDİ
10
iyun
10:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat