Vladiqafqaz xəstəxanasında polisin gözü qarşısında qətl törədilib.
Oxu.az xəbər verir ki, ötən gecə 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryan müştərisi 35 yaşlı Murad Osmanovla mübahisə edib və Murad qocanı qarnından bıçaqlayıb. Osmanov saxlanılıb, taksi sürücüsü isə ağır vəziyyətdə Vladiqafqaz xəstəxanasına aparılıb.
Amma artıq yarım saatdan sonra Murad da polisin müşayiəti ilə həmin xəstəxanaya gətirilib. Saxlanılarkən onun qolu yaralanıb.
Həmin vaxt xəsarət alan erməni taksi sürücüsünün qohumları artıq klinikada olublar.
Əvvəlcə dəhlizdə, polisin gözü qarşısında taksi sürücüsünün nəvəsi Osmanovu kürəyindən və ayağından bıçaqlayıb. Həkimlər yaranı tikib, sarğı qoyublar. Amma Osmanov təcili yardım otağında oturarkən taksi sürücüsünün oğlu da onunla qarşılaşaraq döş və mədə nahiyəsinə bıçaq zərbələri endirib, erməninin başqa bir qohumu isə tapança ilə Muradı güllələyib.
Nəticədə Osmanov reanimasiyada dünyasını dəyişib.
Ermənilər polisin gözü önündə Muradı güllələdi - ANBAAN VİDEO
13
iyun
12:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat