ABŞ prezidenti Co Bayden Belarus hakimiyyətinə qarşı sanksiyalar rejimini uzadıb.
Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
“Belarus hökumətinin ayrı-ayrı üzvlərinin və digər şəxslərin hərəkətləri və siyasəti, o cümlədən Belarus rejiminin zərərli fəaliyyəti və sui-istifadəsi ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və yersiz təhdid yaratmaqda davam edir.
Ona görə də mən qərara gəldim ki, Belarusa qarşı elan edilmiş fövqəladə vəziyyət rejimi davam etdirilməlidir”, - deyə Co Baydenin bəyanatında qeyd olunur.
Xatırladaq ki, ABŞ-ın Belarusa qarşı sanksiyaları 2006-cı ildə prezident Corc Buş tətbiq edib. 2006-cı il iyunun 16-da ABŞ Konqresinə müraciətində Buş prezident Aleksandr Lukaşenkonun və digər 9 yüksək rütbəli Belarus məmurunun hesablarının dondurulmasını əmr edərək ABŞ vətəndaşlarına onlarla biznes qurmağı qadağan edib.
Bayden Belarus əleyhinə sanksiyaların müddətini uzatdı
15
iyun
05:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat