Slovakiyada "meymunçiçəyinə" ilk yoluxma faktı təsdiqlənib.
 TASS xəbər verir ki, bu barədə yerli "TAZ" telekanalı məlumat yayıb.
Belə ki, Slovakiyanın şərqindəki Preşov şəhərindəki xəstəxanaya "meymunçiçəyi" virusuna yoluxmada şübhəli bilinən xəstə yerləşdirilib. O, yoluxucu xəstəliklər şöbəsindədir. İlkin diaqnoz qoyan həkimlər Bratislavadakı ixtisaslaşmış laboratoriyadan gəlməli olan test nəticələrini gözləyirlər.
скачать dle 12.1