Bir aydan çox davam edən şiddətli döyüşlərdən sonra Rusiya qüvvələri Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın şəhər döyüşləri taktikası artilleriyadan güclü istifadəyə əsaslanır ki, bu da bütün şəhər boyunca genişmiqyaslı ölümlərə və dağıntılara səbəb olur.
Məlumatda qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin elementləri yüzlərlə mülki şəxslə birlikdə Severodonetskin sənaye zonasında yerləşən “Azot” zavodunun bunkerlərinə sığınıblar.
Əlavə olunub ki, Rusiya qüvvələri “Azot” zavodunun daxilində və ətrafında qalmalı olacaqlar ki, bu da həmin bölmələrin yeni tapşırıqların icrası üçün digər yerlərə göndərilməsinin qarşısını müvəqqəti alacaq.
Məlumatda vurğulanıb ki, Rusiya ehtimal ki, işğalın orijinal planlaşdırılması zamanı bu cür güclü müqavimət və ya yavaş, aşındırıcı münaqişə gözləməyib.
Britaniya kəşfiyyatı Ukraynadakı vəziyyətlə bağlı MƏLUMAT YAYDI
15
iyun
10:42

Qarabağ
KOMMENTLƏR
Rusiya şəhər döyüşlərindən çəkinir - Britaniya kəşfiyyatı
Britaniya kəşfiyyatı Rusiyanın gizli planını üzə çıxardı
Britaniya kəşfiyyatı Ukraynadakı vəziyyətlə bağlı MƏLUMAT YAYDI
Britaniya kəşfiyyatı Kadırovun əmisi oğlu barədə məlumat yaydı
Rusiya ordusu Ukraynanın Artemovskoe yaşayış məntəqəsini ələ keçirib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat