İyunun 14-ü İranın Şəhriyar şəhərində restoranda partlayış nəticəsində səkkiz nəfər həlak olub.
"Azad İran” "Telegram” kanalı İranın Qızıl Aypara Cəmiyyətinin Tehran əyaləti üzrə sədri Şahin Fəthiyə istinadən xəbər verir ki, hadisə axşam saat 21:00 radələrində baş verib.
"Qəzanın səbəbləri yanğınsöndürmə idarəsi tərəfindən araşdırılaraq məlumat veriləcək”, - deyə Şahin Fəthi bildirib.
Bir saat sonra ölkənin Fövqəladə Hallar İdarəsinin sözçüsü Müctəba Xalidi İran televiziyasına açıqlamasında deyib ki, restoranda ad günü şənliyi keçirilib və qəzaya səbəb helium balonlarının partlaması ehtimal edilir.
Fövqəladə Hallar rəsmisinin sözlərinə görə, hadisə zamanı ölən səkkiz nəfərdən üçü 3-8 yaş arası uşaqlardır.
İranda restoranda dəhşətli partlayış: Çox sayda ölən var - FOTO
15
iyun
12:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat