Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov NATO ölkələrinin Ukraynaya göndərdiyi silahların saxlandığı anbarın məhv edildiyini bildirib.
Bu barədə Konaşenkov açıqlama yayıb.
"NATO ölkələri tərəfindən Ukraynaya verilən xarici silahların, o cümlədən yüksək dəqiqliyə malik uzaqmənzilli “Kalibr” raketi və 155 mm-lik M777 haubitsalarının olduğu sursat anbarı Lvov vilayətinin Zoloçiv kəndi yaxınlığında məhv edilib. Ukrayna Hərbi Hava Qüvvələrinin Nikolayev vilayətindəki “Voznesensk” hərbi hava limanında yüksək dəqiqlikli hava bazalı raketlərlə hava elementləri zərərsizləşdirilib. Bundan əlavə ABŞ və qərb ölkələri tərəfindən Donbassdakı Ukrayna qrupuna çatdırılan silah və texnika Donetsk Xalq Respublikasının Dnepropetrovsk vilayətinin Pokrovsk və Orlovşçina dəmir yolu stansiyaları ərazilərində məhv edilib".
Konaşenkov Ukrayna döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının da vurulduğunu bildirib.
Qeyd edək ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi Rusiya ilə NATO arasında böyük gərginliyə səbəb olur. Nəhayət, NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərinin Ukraynaya ağır silahlar və uzaqmənzilli sistemlər verməyə davam edəcəklərini və NATO sammitində onların Ukraynaya hərtərəfli yardım paketi ilə bağlı razılığa gəlmələrini gözlədiklərini bildirib.
NATO ölkələrindən Ukraynaya göndərilən silah anbarları VURULDU
15
iyun
14:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat