"Azərbaycan, Gürcüstan, Şimali Kipr, Moldova və Ukrayna ilə yanaşı, Serbiya vətəndaşları da Türkiyəyə vizasız səyahət edəcək”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Bu məsələ Türkiyə və Serbiya daxili işlər nazirlərinin görüşündə həll ediləcək. Serbiyaya da enerji sahəsində dəstək verəcəyimizi bir daha söyləmək istərdim. 300 mindən çox serbiyalı turistin ölkəmizə gələcəyini gözləyirik”, - o vurğulayıb.

скачать dle 12.1