Ermənistan müxalifəti İrəvandakı Fransa meydanında təcili mitinq çağırıb.
Ermənistan KİV xəbər verir ki, aksiya bu gün saat 19:00-da Fransa meydanında başlayacaq, etirazçılar oradan hakim “Mülki müqavilə” partiyasının ofisinə, polisin və Milli Təhlükəsizlik Xidmətinin binalarına doğru gedəcək.
Müxalifət bəyan edib ki, dünən hakim partiyanın nümayəndələrinin iştirakı ilə qanlı insident baş verib: nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Mitinqdə hakimiyyətin yaratdığı özbaşınalıqlara etiraz ifadə olunacaq. 
скачать dle 12.1