Ukraynada daha bir amerikalı həlak olub.
Bu barədə “Recorder" məlumat yayıb.
Bildirilir ki, Severodonetsk şəhəri uğrunda gedən döyüşlərdə 52 yaşlı amerikalı könüllü Stiven Zabelski ölüb. Nəşrin məlumatına görə, 2018-ci ilə qədər Zabelski Nyu-Yorkda yaşayıb, sonra Floridaya köçüb. O, 30 ildən artıq tikintidə çalışıb.
ABŞ ordusunun veteranı olan Zabelski minanın partlaması nəticəsində dünyasını dəyişdiyi bildirilib.