Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda dünən başlayan meşə yanğını gecə saatlarında lokallaşdırılsa da, yenidən alovlanıb.
APA NTV-yə istinadən xəbər verir ki, Bördübet məhəlləsində yanğının söndürülməsinə həm yerdən, həm də havadan müdaxilə edilir.
250 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 20 helikopter və 14 təyyarə cəlb olunub.
Yanğının qarşısının alınmasında ümumilikdə 1494 yanğınsöndürən, 363 yanğınsöndürən maşın və 39 texnika iştirak edir.
Daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi və digər rəsmi şəxslər yanğın bölgəsindədir.
Yanğının səbəbləri hələlik məlum deyil. Dronlar tərəfindən aşkarlanan yanğın küləyin təsiri nəticəsində qısa müddətdə böyük əraziyə yayılıb.
Yanğın təhlükəsi ilə əlaqədar 30 ev təxliyə edilib.
Daxili işlər naziri Soylu yanğının sabotaj olması ehtimalının araşdırıldığını bildirib.
Türkiyədə meşə yanğının söndürülməsinə 20 helikopter, 14 təyyarə cəlb olunub
22
iyun
10:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat