Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
"Anadolu” xəbər verir ki, bu barədə ŞKTR Polis Baş İdarəsinin Yanğınsöndürmə şöbəsinin müdiri Ramadan Gürpınar bildirib.
Yanmış ərazilərdə zaman-zaman alovlanmalar olduğunu, bunun yanmamış ərazilərə keçməsinin qarşısını almaq üçün müdaxilələr edildiyini bildirən Gürpınar havadan və qurudan işlərin davam etdiyini qeyd edib: "Hələ ki bitməyib, hələlik dəqiq bir şey deyə bilmərik”.
ŞKTR-nin bütün dövlət qurumları yanğına müdaxilə edərkən vətəndaşlar da mübarizəyə dəstək verir.
Eyni zamanda kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuz son alışma söndürülməyənədək yanğının nəzarətə alındığını deyə bilməyəcəyini vurğulayıb.
Nazir yanğına müdaxilənin 6 təyyarə və 5 helikopterlə davam etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
Şimali Kiprdəki meşə yanğını nəzarətə alınıb
24
iyun
17:16

Qarabağ
KOMMENTLƏR
Ərdoğan meşə yanğını olan bölgəyə getdi
Türkiyədə şiddətli meşə yanğını baş verdi - VİDEO
Türkiyənin daha iki bölgəsində yanğın başladı
Asim Mollazadə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Şimali Kipr Türk Respublikasında “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat