Səudiyyə rəsmiləri bu il ziyarətçilərin püşkatma əsasında Həcc ziyarətinə yollanması üçün elektron sistemlər qurub.
Əş-Şərq Əl-Avsat" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının həcc nazirinin müavini doktor ƏbdülFəttah Müşat məlumat yayıb.
Onun sözlərinə görə, bəzi ölkə vətəndaşları üçün “Motawif” adlı yeni texnologiya hazırlanıb. Proqram Şimali Amerikada (ABŞ və Kanada), Avropada və Avstraliyada yaşayan zəvvarlar üçün nəzərdə tutulub. Onlar xərclərini 30%-dən çox azaldaraq, ziyarət üçün “vasitəçiliksiz təsdiqnamə” alacaqlar.
Hazırda 2022-ci ilin Həcc ziyarəti üçün bu sistemdə qeydiyyat və püşkatma başa çatıb və lotereya iştirakçıları nəticəni elektron proqramdan görə bilərlər.
Bu zəvvarlar Covid-19 üçün tələb olunan pasport və peyvənd sertifikatı da daxil olmaqla, şəxsi məlumatları və rəsmi sənədləri qeydiyyatdan keçirib, lotereya prosesinə daxil olur və onlayn ödəniş prosesini tamamlayırlar. Viza müraciətləri daha sonra Həcc və Ümrə Nazirliyinin Məlumat Mərkəzi vasitəsilə Xarici İşlər Nazirliyinə göndərilir. Bu addımlar heç bir kənar vasitəçi olmadan həyata keçirilir və vəziyyəti asanlaşdırmaqla yanaşı, zəvvarların xərclərinin azalmasına müsbət təsir göstərir.
xatırladaq ki, builki Həcc ziyarətində xidmətlərin qiymətinin əvvəlki dövrlərlə müqayisədə təxminən 1600 dollar bahalaşıb. Orta qiymət təxminən 4500 dollardır.
Həccə yollanmanın rahat üsulu: Elektron püşkatma
27
iyun
14:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat