Bir çox unudulmaz filmlərə imza atan "Yeşilçam"ın aktyoru Cüneyt Arkın dünyasını dəyişib.
"Yeşilçam"ın unudulmaz sənətçisi olan Arkın 1937-ci ildə anadan olub.
Onun adı şəxsiyyət vəsiqəsində isə Fahrettin Cüreklibatur yazılıb.
Arkın Əskişəhərin bir kəndində anadan olub və yoxsulluq içində böyüyüb. Çalışqan gənc İstanbul Universiteti Tibb Fakültəsini bitirib.
1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsinə qatılıb və birinci yer mükafatına layiq görülüb.
Karyerasında dönüş nöqtəsi 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasıdır.Əsgərliyi başa çatdıqdan sonra 1964-cü ildə Halit Refiqin çəkdiyi "Qurbet Kuşları" filmi ilə kinoya addım adıb.
1964-cü ildə Tibb fakültəsində tanış olduğu Gülər Mocanla ailə həyatı qurub, 1966-cı ildə qızları Filiz Diri doğulub.
O, Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və "Yeşilçam"ın dördyarpaqlı yoncası ilə Filiz Akınla onlarla filmdə rol alıb.
Romantik filmləri ilə tanınıb, amma əsl şöhrətinə Malkoçoğlu filmi ilə çatıb. Malkoçoğlu seriala, Arkın isə döyüş filmlərinin bir nömrəli aktyoru olub. O, kaskadyorlardan istifadə etməyi tamaşaçını aldatmaq kimi görürdü, ona görə də filmlərində kaskadyorlardan istifadə etməyib. Onun onlarla insanı məhv etdiyi döyüş səhnələri tamaşaçıların beyninə həkk olunub.
Cüneyt Arkın dünyasını dəyişdi
28
iyun
10:08

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA