İsveçrə rus casusluğunun mərkəzinə çevrilib. Avropa ölkələrindən deportasiya edilən rus diplomatları və casusları orada dayanır.
Bu barədə "Financial Times" İsveçrə Kəşfiyyat Xidmətinin (FIS) hesabatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, xüsusən də bir çox rus casusları bir çox beynəlxalq təşkilatların - BMT, ÜST və ya ÜTT-nin qərargahlarının yerləşdiyi Cenevrədə məskunlaşıb. Cenevrə vasitəsilə Fransaya və daha sonra istənilən Aİ ölkəsinə getmək asandır, çünki bu yerdəki sərhəd kifayət qədər nominaldır.
İsveçrə kəşfiyyatının hesabatında deyilir: “Biz hesab edirik ki, Rusiyanın Cenevrədəki diplomatik və konsulluq nümayəndəliklərində Rusiya kəşfiyyatı üçün işləyən onlarla QRU zabiti var”.
Rusiyanın Ukraynaya təcavüzündən bəri İsveçrə Qərbi Avropada Rusiya səfirliyinin əməkdaşlarını göndərməyən sonuncu ölkə olaraq qalır.
Bundan əvvəl İsveçrə hakimiyyətinin Danimarkanın Ukraynanı hərbi texnika ilə təmin etmək tələbinə veto qoyduğu bildirilib. İsveçrə vetosunu neytrallıq və müharibə edən ölkələrə silah ixracını qadağan edən hərbi materiallar haqqında qanunla əsaslandırıb.
İsveçrə də Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib və Berndə danışıqlar üçün nümayəndə heyətlərini qəbul etməyi təklif edib.
Avropada rus casuslarının yeni YUVASI
28
iyun
11:42

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat