Böyük Britaniyanın baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub. Qriqori Marazlı adına I, II, III dərəcəli “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Bu barədə Odessa meri Gennadi Truxanova istinadən xəbər verir.
"Biz Britaniyanın, onun baş nazirinin köməyini yüksək qiymətləndiririk. Ona görə də mən Boris Consonun I, II, III dərəcəli Qriqori Marazlı fəxri nişanları ilə təltif edilməsi haqqında sərəncam imzaladım", - Truxanov deyib.
Beləliklə, Conson avtomatik olaraq Odessanın fəxri vətəndaşı adını alır.
Merin sözlərinə görə, bizim əsas müttəfiqimiz və dostumuz Böyük Britaniyadır.
“Əgər bütün dünya birliyi Britaniya xalqı ilə eyni mövqedən çıxış etsəydi, biz çoxdan işğalçılar üzərində qələbə qazanardıq”, - Truxanov vurğulayıb.
Xatırladaq ki, Ukrayna Britaniyadan 425 milyon avroya yaxın kredit alıb.
Boris Conson Odessanın fəxri vətəndaşı OLDU
02
iyul
10:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat