ABŞ-da daha bir qaradərili polisin qurbanı olub. 
Ohayo ştatının Akron şəhərində polisin saxla əmrinə tabe olmayan 25 yaşlı Ceyland Uoker güllələnib. Belə ki, gəncin polis tərəfindən zərərsizləşdirilməsi anı kameralara əks olunub. 
Sosial şəbəkələrdə yayılan görüntülər insanların etirazına səbəb olub. Bildirilir ki, polis gəncə 60 dəfə silahla atəş açıb. Ştat polisinin açıqlamasında qaradərilinin silahlı olması və polisdən qaçması şübhəsinə görə zərərsizləşdirildiyi bildirilib. Lakin Ceyland Uokerin vəkili polisin sözlərini  təkzib edib, gəncin üstündə və avtomobilində silah aşkar edilmədiyini qeyd edib. 
Hadisə ilə bağlı 8 polis əməkdaşı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. 


 
скачать dle 12.1