Rusiya hökumətinin iki təyyarəsi Bolqarıstandan qovulmuş 70 diplomatı ailələri ilə birlikdə götürərək Sofiyadan Moskvaya yola düşüb.
Bolqarıstan mətbuatı məlumat yayıb. Bildirilir ki, ölkəni tərk edən rusların ümumi sayı 180 nəfərdən çox olub.
Belə ki, qovulan 70 nəfərin hamısı diplomat deyil, bəziləri aşpaz, sürücü və ya bağban kimi texniki işçilərdir. Rus diplomatlar arasında Rusiya səfirliyinin nümayəndəsi Filip Voskresenski də “qanunsuz və həyasızcasına qovulmuş” rusların heç birinin Bolqarıstan Respublikasına qarşı işləmədiyini bildirib.
Maraqlısı budur ki, diplomatlar ölkəni tərk edərkən üzərində Putinin şəkli əks olunan köynək geyiniblər. Bununla da, diplomatlar Bolqarıstana öz etirazlarını bildiriblər.
Qeyd edək ki, Bolqarıstan 70 rus diplomatını persona non qrata elan etdi ki, bu, Britaniyanın 1971-ci ildə Soyuq Müharibə zamanı 105 sovet diplomatını ölkədən çıxarmasından bəri ən böyük qovulmadır.
Bolqarıstandan qovulan rus diplomatlar belə etiraz etdilər
04
iyul
14:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat