Çin prezidenti Si Cinpin Vladimir Putinin Rusiyaya səfər dəvətini qəbul etməyib.
Bu barədə Yaponiyanın “Yomiuri” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, buna səbəb Çində yeni koronavirus epidemiyasıdır.
KİV-in məlumatına görə, iyunun 15-də telefon danışığı zamanı Putin Çin Xalq Respublikasının sədrini 69 illik yubileyi münasibətilə təbrik edib və ondan Rusiyaya səfər etməyi xahiş edib. Lakin Si Cinpin koronavirusun yeni epidemiyasına qarşı tədbirləri əsas gətirərək bundan imtina edib.
Bildirilir ki, Çin Kommunist Partiyasının ilin ikinci yarısında keçiriləcək qurultayı öncəsi Si Cinpin həm daxili, həm də xarici siyasətdə kəskin addımlar atmamağa çalışır. Rusiyaya səfərdən imtinada isə iqtisadi sanksiyalarla Rusiyaya təzyiqi artıran ABŞ və Avropa ilə münaqişənin daha da dərinləşməsindən qaçmaq istəyi var.
Lakin KİV-in məlumatına görə, Çin Xalq Respublikasının rəhbəri 2020-ci ilin yanvar ayının sonundan bəri başqa ölkələrə səfər etməyib.
Çin prezidenti Putinin dəvətini RƏDD ETDİ
05
iyul
14:36

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər