Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Böyük Britaniyanın baş naziri Boris Consonun istefasından sonra bu ölkə ilə sıx əməkdaşlığın davam etdiriləcəyini gözlədiyini bildirib.
Bu barədə Bayden yazılı bəyanat verib.
Beyənatda deyilir:
"Bir çox prioritet məsələlərdə Böyük Britaniya hökuməti, eləcə də dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirməyi gözləyirik"
Bu əməkdaşlığın Ukraynaya dəstəyin davamını ehtiva etdiyini deyən Bayden, Rusiya prezidenti Vladimir Putinin əməllərinə görə cavab verməsi üçün Böyük Britaniya ilə əməkdaşlığı davam etdirəcəklərini qeyd edib.
Ağ Ev sözçüsü Karine Jean-Pierre, ABŞ və İngiltərə arasındakı ittifaqın güclü şəkildə davam etdiyini vurğulayaraq, "İngilis xalqı ilə xüsusi əlaqəmiz davam edəcək, bu dəyişməyəcək" deyib.
Baydenin keçən həftə Madriddə NATO Sammitində olduğunu xatırladan Jean-Pierre, "Hamınız Baydenin mətbuat konfransında söylədiklərini eşitdiniz. NATO ölkələri bir daha Ukraynaya kömək etməyə davam edəcəklərini bildirdilər. Bu dəyişməyəcək" -deyə Ağ Ev sözçüsü bildirib.
Consonun istefasından sonra Bayden bəyanat verdi
08
iyul
10:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat