Şri-Lankada prezident iqamətgahı yaxınlığında davam edən etiraz aksiyalarında 30 nəfər xəsarət alıb.
Xəsarət alanlardan ikisi polis əməkdaşı olub. Qeyd olunur ki, etirazçıların qarşısının alınması üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.
Şri-Lanka baş naziri aksiya ilə əlaqədar parlamentin təcili iclasını çağırıb. Xatırladaq ki, paytaxt Kolomboda etirazçılar bu güm ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.
Dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir. Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.
Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.
Şri-Lankadakı etirazlarda 30 nəfər yaralanıb
09
iyul
13:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat