"Rəsmi London Kiyevin əsas müttəfiqlərindən biri olaraq qalacaq və Boris Consonun ölkənin baş naziri postundan getməsindən sonra da onu silahla təchiz etməyə davam edəcək”.
TASS xəbər verir ki, bunu Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Devid Kuorri "Financial Times” qəzetinə müsahibəsində deyib.
"Biz Ukraynada çox mühüm, aparıcı rol oynamışıq. Biz bunu davam etdirəcəyik. Təbii ki, nazirlərin gələcəkdə qəbul etməli olacaqları qərarları dəyərləndirə bilmərəm, amma görünən odur ki, ölkə bizim artıq oynadığımız və oynamağa davam etdiyimiz rolu tam dəstəkləyir. Bu, bu gün başlamayıb və tezliklə bitəcəyini də düşünmürəm”, - o bildirib.
İyunun sonunda Böyük Britaniyanın Baş naziri Boris Conson rəsmi Londonun Ukraynaya hərbi yardım məqsədilə əlavə 1 milyard funt-sterlinq (indiki məzənnə ilə 1,2 milyard ABŞ dolları) ayıracağını açıqlamışdı. O, Kiyevin həmçinin inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə üçün innovativ avadanlıqlar alacağını söyləmişdi. Baş nazirin ofisi Britaniyanın Ukraynaya hərbi yardımının ümumi məbləğinin 2,3 milyard funt-sterlinqə (2,8 milyard ABŞ dolları) çatdığını və yalnız ABŞ-ın bu məqsədlər üçün daha çox vəsait göndərdiyini bildirib. 1,5 milyard funt-sterlinq (1,8 milyard ABŞ dolları) dəyərindəki artıq göstərilmiş iqtisadi və humanitar yardımı nəzərə almaqla, 2022-ci ildə Britaniyanın Ukraynaya ümumi yardımı 3,8 milyard funt-sterlinqə (4,6 milyard ABŞ dolları) çatıb.
London Kiyevin silahla təchizatını davam etdirəcək Ətraflı
12
iyul
17:54

Qarabağ
KOMMENTLƏR
“Bu, mənim işim deyil” - Boris Conson seçki kampaniyasından DANIŞDI
Conson Zelenskini Britaniyaya dəvət etmək istəyir: Kraliça ilə auditoriya planlaşdırır
Ukraynadan qayıdan Boris Conson əməliyyat olundu
Ukraynada bu ərazi Consonun adını daşıyacaq
Boris Conson : "Ukraynaya əlavə 6 min raket göndəriləcək"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat