Ermənistanda daha bir hərbçi faciəvi şəkildə həlak olub.
“Aysor” xəbər verir ki, iyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə nəticəsində 1985-ci il təvəllüdlü kiçik çavuş Kristin Mixayloviç Çiçyan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, Kristin Çiçyan iyulun 16-da dünyasını dəyişib. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
скачать dle 12.1