Şri-Lankanın Prezidenti vəzifələrini icra edən baş nazir Ranil Vikramasinqh respublikada fövqəladə vəziyyət rejimi tətbiq edib.
Xarici mətbuat xəbər verir ki, baş nazirin bu gün dərc olunan fərmanında fövqəladə vəziyyətin ictimai təhlükəsizlik, ictimai asayişin mühafizəsi, həmçinin tədarük və xidmətin dəstəklənməsi üçün tətbiq olunduğu deyilir.
Şri-Lankada siyasi vəziyyət iyulun 9-da etirazçıların dövlət başçısı və baş nazirin iqamətgahlarını ələ keçirməsindən sonra daha da gərginləşib. Kütləvi etiraz aksiyalarına ölkədə iqtisadi vəziyyətin kəskin pisləşməsi səbəb olub. Şri-Lanka xarici valyuta, yanacaq və neft məhsulları, gübrə, qida məhsulları, həmçinin tibbi preparatların qıtlığı ilə üzləşib.
İyulun 15-də Şri-Lankanın sabiq prezidenti Qotabaya Racapaksa ölkəni tərk edərək Sinqapura gedib və oradan istefası barədə rəsmi məktub göndərib.
Şri-Lankada fövqəladə vəziyyət elan edildi
18
iyul
12:07

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat