Qərbi Afrika ölkələrindən biri olan Qanada ölümcül Marqburq virusu nəticəsində eyni ailədən iki nəfər ölüb.
Xarici KİV xəbər verir ki, Afrikanın səhiyyə orqanları bu şəxslərlə təmasda olan 98 nəfərin karantində olduğunu açıqlayıb.
Səlahiyyətlilər bu yaxınlarda hər iki xəstənin ölkənin cənubundakı Asanti bölgəsindəki xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, ebolaya səbəb olan virusa bənzər Marqburqun müalicəsi yoxdur. Bununla belə, həkimlər hesab edirlər ki, çoxlu su içmək və müəyyən simptomları müalicə etmək xəstənin sağ qalma şansını artırır.
Bildirilib ki, Marqburq yarasalardan insanlara keçə bilir. İnsanlar arasında isə bədən mayeləri vasitəsilə yayılır.
Xəstəliyin ilkin əlamətləri baş ağrısı, qızdırma, əzələ ağrıları, qan qusma və qanaxmadır.
Qanada səlahiyyətlilər insanları mağaralardan uzaq durmağa və bütün ət məhsullarını istehlak etməzdən əvvəl yaxşıca bişirməyə çağırır.
Yeni virus yayıldı - ölənlər var
19
iyul
12:22

Qarabağ
KOMMENTLƏR
ÜST Afrika ölkəsində epidemiya elan etdi: Onu da yarasalar yayır
"Meymunçiçəyi bədəndə 10 həftəyə qədər qala bilər" - Alimlərdən AÇIQLAMA
Azərbaycanda “Meymun çiçəyi” virusu var? - Rəsmi açıqlama
“Meymun çiçəyi” virusu nədir? – Simptomları və qorunma yolları
Koronavirusdan daha təhlükəli virus aşkarlandı: "Meymun çiçəyi"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat