İranın qərbində hərbçilərlə silahlı qruplaşma arasında baş verən atışma nəticəsində iki hərbçi ölüb.
İranın rəsmi televiziyası xəbər verir ki, bu barədə İranın Kürdüstan əyalətinin Sərhəd mühafizə xidmətinin komandiri polkovnik Arif Sepehri bildirib.
Onun sözlərinə görə, ötən gecə əyalətin Bane və Rave rayonlarından terrorçular sızmaq istəyib. Bu zaman hərbçilərlə onlar arasında atışma baş verib. Polkovnik iki hərbçinin öldüyünü, terrorçuların zərərsizləşdirildiyini bildirib.
Sepheri terrorçuların mənsub olduğu silahlı qruplaşmanın adını açıqlamayıb.
Qeyd edək ki, İran ərazisinə İraqdan PKK terror təşkilatının yaraqlıları sızırlar. Qruplaşmanın İslam Respublikasında "Pejak” adlı qolu fəaliyyət göstərir.
İran-İraq sərhədində atışma olub, iki iranlı hərbçi ölüb
20
iyul
16:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat