Ukraynanın Nikolayev vilayətində hücum zamanı rusiyalı hərbçilər humanitar yardımın olduğu anbarı dağıdıblar.
Bu barədə Nikolayev vilayəti Hərbi Administrasiyasının sədri Vitali Kim məlumat verib.
“Səhər saat 3-də rus işğalçıları humanitar qərargahlarımızdan birini iki raketlə vurdular. Uşaqlar və qocalar üçün nəzərdə tutulan minlərlə ton məhsul tamamilə yanıb”, - deyə o açıqlama verib.
Vitali Kim humanitar yardımın olduğu anbarlardan birinin raket zərbələrindən sonra görüntülərini də paylaşıb.
Regional Hərbi Administrasiyanın rəhbəri düşmən raketlərinin humanitar qərargahı vurduğu anı da yayımlayıb.
Gecə şəhər meri Aleksandr Senkeviç Nikolayevdə güclü partlayış səslərinin eşidildiyini bildirib.
Daha sonra Regional Hərbi Administrasiya rəhbəri məlumat verib ki, iyulun 21-nə keçən gecə rus işğalçıları Nikolayevə yeddi “S-300” raketi atıb və xeyli ziyan vurub.
Onun sözlərinə görə, hazırda bir zərərçəkən məlumdur. Daha ətraflı məlumatlar dəqiqləşdirilir.
Mənbə: UNİAN
Rusiya humanitar yardım anbarını vurdu: Minlərlə ton məhsul yandı - VİDEO
21
iyul
18:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat