Ərəbistan polisi qeyri-müsəlmanlar üçün qapalı şəhər olan Məkkəyə daxil olmasına kömək edən səudiyyəlini həbs edib.
SPA xəbər verir ki, İsrailin "13-cü Kanal"ının əməkdaşı Gil Tamari qadağaya məhəl qoymayaraq İslamın ən müqəddəs şəhərinə gizli girişinə dair videonu "Tvitter" səhifəsində paylaşıb.
Təxminən 10 dəqiqəlik klipində Tamari müsəlman zəvvarların Həcc ziyarətinin zirvəsi üçün hər il toplaşdığı Ərəfat dağını ziyarət edir.
O, etdiklərinin qeyri-qanuni olduğunu bildiyini açıq şəkildə ifadə edir, lakin "müsəlman bacı və qardaşlarımız üçün çox vacib olan bir yeri" nümayiş etdirmək istədiyini deyir.
Tamarinin bəraət alması və ondan sonra üzr istəməsi Səudiyyə Ərəbistanının sosial mediada qəzəbli reaksiyasına çox az təsir göstərib.
скачать dle 12.1