Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin qatili 41 yaşlı Tetsuya Yamaqami Nara Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
TASS xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.
Məhkəmənin noyabrın sonuna qədər davam edəcəyi gözlənilir. Ona psixiatrik müayinə təyin olunub.
T.Yamaqaminin özünün hazırladığı tapançaların yoxlanılacağı və ekspertizadan keçiriləcəyi bildirilir.
Belə ki, T.Yamaqami odlu silah və onların istehsalı haqqında qanunları pozmaqda ittiham oluna bilər.
Qeyd edək ki, T.Yamaqaminin evində ümumilikdə 7 ədəd kustar üsulla hazırlanmış tapança aşkar edilib.
Xatırladaq ki, S.Abeyə qarşı sui-qəsd iyulun 8-də, parlamentin yuxarı palatasına seçkilər ərəfəsində Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən baş verib. 41 yaşlı yapon Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş Baş nazirə iki dəfə atəş açıb. Helikopterlə təcili xəstəxanaya çatdırılan 67 yaşlı mərhum siyasətçinin həyatını xilas etməyə çalışan həkimlərin bir neçə saatlıq əməyi nəticəsiz qalıb və onu xilas etmək mümkün olmayıb.
Yaponiyanın keçmiş baş nazirinin qatili həbs edilib
23
iyul
12:11

Qarabağ
KOMMENTLƏR
Yaponiyanın Baş naziri Abenin ölümündə polisi günahlandırdı
Sabiq Baş naziri güllələyən şəxs əməlinin səbəbini AÇIQLADI
Güllələnən sabiq Baş nazir VƏFAT ETDİ - (YENİLƏNİB-2)
Güllələnən sabiq Baş nazirin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
Yaponiyanın sabiq Baş naziri sui-qəsd nəticəsində öldürüldü - YENİLƏNİB
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat