Ukrayna hərbçiləri cəbhə xəttinin bütün istiqamətlərində aktiv hərbi əməliyyatları davam etdirir. Ukrayna Silahlı Qüvvələrinin (SQ) aviasiya və raket-hücum bölmələri Rusiya SQ-nin istehkamlarına, anbarlarına və bir yerdə olan şəxsi heyətinə güclü zərbələr endirir.
"RBK-Ukrayna” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Slobojanski istiqamətində Rusiya SQ-nin əsas səyləri Xarkov vilayətinin şimal və şimal-şərqində Ukrayna qoşunlarının sərhədə doğru irəliləməsinin qarşısını almağa yönəldilib.
Xarkov istiqamətində Rusiya SQ aktiv əməliyyatlar keçirməyib. Bununla belə, onlar Xarkov, Zoloçev, Pitomnik, Borşova, Lesnoye, Russkiy və Çerkasskiy Tişki və Mospanovo yaşayış məntəqələri ərazilərində tanklardan, toplardan və raket artilleriyasından atəş açıblar.
Kramatorsk istiqamətində Rusiya SQ Verxnekamenskoye, Starodubovka, Piskunovka, Seversk, Beloqorovka və Qriqorovka yaxınlığında tanklardan, toplardan və raket artilleriyasından atəş açıb.
Verxnekamenski və Seversk istiqamətində hücum hərəkətləri ukraynalı müdafiəçilər tərəfindən uğurla dəf edilib.
Baxmut istiqamətində Rusiya SQ Yakovlevka, Soledar, Baxmut, Pokrovski, Baxmutski və Novoluqanski rayonlarını artilleriya atəşinə tutub, Novoluqanski rayonuna hava zərbələri də endirilib.
Ukrayna Baş Qərargahı: "Seversk yaxınlığında Rusiyanın hücumu dəf edilib"
23
iyul
12:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat