Atamın (Mixail Saakaşvili - red.) Gürcüstana qayıtması “çox böyük səhvdir”.
Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Saakaşvilinin Gürcüstana getməsi fəlakətə çevrildi:
"O, geri qayıtdı və biz fəlakətli vəziyyətə düşdük. Dediyim kimi, bu, çox böyük səhv idi”, - deyə o,KİV-ə müsahibəsində bildirib.
Eduard Saakaşvili keçmiş prezidentin səhhəti ilə bağlı məsələlərin “siyasətsizləşdirilməsi”nin zəruriliyini vurğulayıb. O qeyd edib ki, son vaxtlar atası Gürcüstandakı proseslərə “siyasətdən az yazır və daha çox qarışmır”.
“Onun Gürcüstan siyasətində gələcək rolu qeyri-müəyyəndir, onun hakimiyyətə qayıtması üçün daha nə baş verməlidir?! Təsəvvür etmək mənim üçün bir az çətindir və məncə o da bunu başa düşür. Mən atama baş çəkəndə o, ancaq Ukrayna televiziyasına baxır”, - o əlavə edib.
Bildirək ki, Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb, bundan sonra həbs edilib. Keçmiş prezidentin səhhəti iki aclıq aksiyasından sonra kəskin şəkildə pisləşib. İki aydan artıqdır ki, Saakaşvili Tbilisidəki “Vivamed” klinikasının nəzarəti altındadır.
Saakaşvilinin oğlu atasının ən böyük səhvini açıqladı
28
iyul
15:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat