İspaniya Prokurorluğu kolumbiyalı müğənni Şakiranın vergidən yayınma ilə bağlı məhkəməsi ərəfəsində ona həbs cəzasının cərimə ilə əvəzlənməsini təklif edib.
İttiham tərəfi hələ vaxtı müəyyən edilməmiş məhkəmə prosesinin baş tutmaması üçün təklif səsləndirib, lakin ifaçı bunu qeyri-mütənasib və maraqlarına zidd hesab edərək, razılaşmadan imtina edib. Razılığa gəlmək mümkün olmadığından, prokurorluq məhkəməyə ittiham aktı təqdim edəcək və məhkəmə onu təqsirli bildiyi təqdirdə Şakiranın həbsini tələb edəcək.
Qurum müğənnini 2012-ci ildən 2014-cü ilə qədər vergi ödəməməsi ilə bağlı cinayətlərdə ittiham edir. Ümumilikdə, söhbət 14,5 milyon avrodan gedir. Müğənninin müdafiəsi israr edir ki, həmin dövr üçün onun İspaniyada ildə 183 gündən çox vaxt keçirməsinə dair heç bir birbaşa sübut yoxdur. Belə olduqda isə Şakiranı vergi rezidenti hesab etmək olmaz.
İttiham tərəfi isə hesab edir ki, müğənni İspaniyanın "Barselona" futbol klubunun müdafiəçisi Jerar Pike ilə münasibətini nəzərə alaraq, vaxtının çox hissəsini məhz eyniadlı şəhərdə keçirib.
Şakira həbs oluna bilər
29
iyul
12:17

Qarabağ
KOMMENTLƏR
Vergidən yayınmaqda ittiham olunan Şakira məhkəmə qarşısına çıxacaq
Afət Fərmanqızı barəsində olan axtarışın dayandırılmasını istəyir
Şakira Pikedən ayrılandan sonra görün kimlə sevgili oldu - FOTOLAR
Məşhur müğənni barəsində cinayət işi açıldı - 6 cinayətdə ittiham edilir (FOTO)
Afət Fərmanqızı axtarışa verildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat