Rusiyanın Xalq artisti Filipp Kirkorov Moldovaya buraxılmayıb.
Bu barədə məlumatı ölkənin "Deschide” portalı yayıb.
Məlumata görə, rusiyalı müğənni iyulun 29-na keçən gecə İstanbuldan təyyarə ilə Kişinyova gəlib. Burada Kirkorov daxil olmaqla, bir neçə əcnəbinin ölkəyə girişinə icazə verilməyib.
Bildirilib ki, sərhəd nəzarəti zamanı sözügedən şəxslərin dövlət sərhədini keçmək üçün nəzərdə tutulan icazə şərtlərinə əməl edilmədiyi müəyyən edilib.
Qeyd edək ki, ötən həftə yayılan məlumata görə, Kirkorov "Şor” partiyasının qanunsuz şəkildə maliyyələşdirilməsi ilə bağlı sözügedən partiyadan deputat Marina Tauberə qarşı başladılan cinayət işinə cəlb olunub. Məlumata görə, Kirkorov iyun ayında həmin partiya liderlərindən Kişinyovda konsert verilməsi üçün 200 min dollar əldə edib. Konsert daha sonradan ölkə rəhbərliyi tərəfindən ləğv olunub. Nəticədə Tauber deputat toxunulmazlığından məhrum edilib və ötən həftə sonu Kişinyovda 30 sutkalıq həbs edilib.
Kirkorov Moldovaya buraxılmadı
29
iyul
13:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat