"COVID-19 epidemiyası əvvəlcədən proqnozlaşdırılan ssenarilərdən birinə uyğun olaraq inkişaf edir: virus getdikcə yoluxucu, lakin daha az ölümcül olur. Bu mövzu ictimaiyyəti narahat edən məsələlər sırasından çıxır. COVID-19 adi SARS-a çevrilir”.
Bunu "Report”un Rusiya bürosuna Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin virusologiya kafedrasının professoru, biologiya elmləri doktoru Aleksey Aqranovski deyib.
O, koronavirus infeksiyası ilə mübarizə üsullarından da danışıb: "Koronavirusa qarşı peyvənd və revaksinasiya indiyədək ən təsirli üsuldur. Doğrudur, peyvənd sizi infeksiyaya yoluxmaqdan xilas edə bilməz. Amma o, şübhəsiz, sizi xəstəxanaya yerləşdirilməkdən xilas edəcək”.
A.Aqranovski əlavə edib ki, peyvənd xəstəliyi ağır keçirmə riskini azaldır: "Peyvənd olunanlar üçün xəstəxanaya yerləşdirilmək və ya ölmək riski peyvənd olunmayanlara nisbətən xeyli aşağıdır. "Kentavr” ştammının virusu peyvənd zamanı yaranan antitellərdən qismən çıxır. Amma peyvənd olunmağın mənası var, çünki o, COVID-19-u ağır keçirmə riskini azaldır”.
Virusoloq həmçinin vurğulayıb ki, yeni "kentavr” ştammı ilə yoluxmalarda xəstəlik "omikron”un digər ştammları kimi keçir.
Virusoloq: “COVID-19 adi SARS virusuna çevrilir”
29
iyul
14:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat