Belarusun Böyük Britaniyadakı səfiri Maksim Ermoloviç geri çağırılıb.
TASS xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirin geri çağırılması Britaniyanın qeyri-dost addımları ilə əlaqədardır. 
"Daxili siyasi şou bitdikdən sonra dialoqun bərpası və tam diplomatik mövcudluq üçün ilkin şərtlər olacaq. Bu, Londanla bütün əlaqə kanallarının bağlanması demək deyil", - XİN-nin məlumatında qeyd olunub. 
 скачать dle 12.1