“Matrix” filminin aktrisası Meri Elis vəfat edib. Xarici mətbuat xəbər verir ki, 86 yaşlı aktrisa Nyu-Yorkda dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, M.Elis 60-cı illərə qədər müəllim kimi çalışıb. 1970-ci ildə isə o özünü ilk dəfə aktrisa kimi sınayıb.