2 avqust 2022-ci il tarixində Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak məqsədilə Daşkənddə səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
XİN-dən verilən məlumata görə, görüş zamanı, Özbəkistan Prezidenti Azərbaycan Respublikası Prezidentinə ən xoş salamlarını çatdırıb. Cari ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana tarixi dövlət səfərinin əhəmiyyətini vurğulayan Prezident Şavkat Mirziyoyev, səfər zamanı əldə olunmuş razılıqlara uyğun olaraq qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirib. Bu xüsusda, bir sıra sahələr üzrə şirkətlər arasında artıq əlaqələrin qurulması, neft və qaz sektorunda şirkətlər arasında razılaşmaların əldə edilməsi, dünən keçirilmiş ikitərəfli Azərbaycan-Özbəkistan İqtisadi Komissiyanın iclası və onun nəticələrinin faydalı olduğu vurğulanıb. Həmçinin bu gün ilk dəfə olaraq keçirilmiş Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin tarixi üçtərəfli görüşünün ölkələrimiz üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə eyni zamanda, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olan yüksək səviyyəli əməkdaşlıq məsələləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, o cümlədən cari ilin noyabr ayında Səmərqənddə Zirvə görüşünün keçirilməsinə hazırlıq işləri müzakirə edilib. Ümumilikdə, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ən xoş arzularını Prezidenti Şavkat Mirziyoyevin diqqətinə çatdırıb. Prezidentlərin tapşırığına uyğun olaraq, həm ikitərəfli hökumətlərarası komissiyanın nəticələrindən, həm də üçtərəfli formatda qəbul edilmiş Daşkənd Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Üçtərəfli formatda görüşün yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlıq ifadə edilib
Özbəkistanın Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi
02
avqust
15:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat