Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə davam edən Çin-Tayvan gərginliyi daha da artıb. Bundan sonra bəzi ölkələr Çinə dəstək olub. Suriya da Çinə dəstək olan ölkələrdən biridir.
Əsəd administrasiyası Pelosinin səfərini “Çin Xalq Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyən düşmənçilik hərəkəti” kimi qiymətləndirib.
Suriya dövlət agentliyi SANA-da yer alan xəbərə görə, Suriya Xarici İşlər və Qürbətçilər Nazirliyi öz mesajında, “Suriya Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikasına qarşı misli görünməmiş eskalasiya və təxribat siyasətini qətiyyətlə pisləyir”.
Xarici İşlər Nazirliyi bildirir ki, Suriya yalnız bir Çini tanıyır və Çinin suverenliyini, müstəqilliyini və ərazisini qorumaq və müdafiə etmək hüququnu müdafiə etmək üçün qərar qəbul etdiyi tədbirləri və addımları ataraq, Çin Xalq Respublikasının bu səfərlə bağlı bəyan etdiyi mövqeləri tam dəstəkləyir.
Bəşər Əsəddən Çinə dəstək
03
avqust
12:24

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar