Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin keçmiş rəis müavini Oniska Vyaçeslav Vasilioviç dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilir ki, general-mayor dövlətə xəyanətdə, habelə asayiş keşikçisinin həyatına qəsd etməkdə və qanunsuz silah saxlamaqda şübhəli bilinir.
İstintaqın məlumatına görə, Vasilioviç Ukraynadakı mövcud hərbi-siyasi vəziyyətlə bağlı məxfi məlumatları Rusiyanın xüsusi xidmət orqanlarına ötürüb.
SBU bildirib ki, iş yerində axtarış zamanı həmin şəxs Makarovun tapançasından Mühafizə Xidmətinin istintaq-əməliyyat qrupunun nümayəndələrini güllələməyə cəhd edib.
Saxlanılan şəxs 2008-2010-cu illərdə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin keçmiş rəis müavini olub. Daha sonra bu idarənin dövlət qulluğunda müxtəlif vəzifələrdə, eləcə də Ukrayna Dövlət Kosmik Agentliyinin rəhbərliyi sıralarında çalışıb. O, SSRİ dövründə Moskva Ali Hərbi Komandanlıq Məktəbində və "Frunze" adına akademiyada oxuduğu dövrdə formalaşmış kremlpərəst fikirlərinə görə Rusiya xüsusi xidmət orqanlarının diqqətini çəkib. İşğalçıların göstərişi ilə o, Müdafiə Nazirliyində, o cümlədən Kəşfiyyat Baş İdarəsində, eləcə də Saqaidaçnı adına Milli Quru Qoşunları Akademiyasında dolaşan məxfi məlumatları toplayıb.
Hazırda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət prosesi çərçivəsində aşkar edilmiş cinayətlərin bütün hallarının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rusiyaya işləyən ukraynalı general SAXLANILDI - FOTO
05
avqust
16:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat