Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü davam edir.
Görüşün mətbuata açıq hissəsində çıxış edən Ərdoğan Putinə təşəkkür edib və Tehran səfərindən 17 gün sonra yenidən görüşməkdən məmnunluğunu ifadə edib.
Ərdoğan hər iki ölkənin nümayəndə heyətlərinin Türkiyədə görüşlərinin səmərəli keçdiyini qeyd edib.
"Siyasi, iqtisadi və ticarət sahələrində bir çox mövzular müzakirə olundu. İnanıram ki, bu məsələlərdən sonra indi bu mövzulara nöqtə qoymağımız Türkiyə-Rusiya əlaqələrində fərqli səhifə açacaq. İstər enerji təchizatı, istər Qara dəniz xətti ilə kənd təsərrüfatı məhsulları və taxıl ixracı üzrə atılan addımlar, turizmlə bağlı aparılan danışıqlar, nəqliyyat sahəsi ilə bağlı, eləcə də bölgədə atılan bəzi addımlar nümayəndə heyətlərimizin fəaliyyətinin nəticəsidir. Eyni zamanda bu gün baş tutan ikitərəfli görüşümüz Türkiyənin bölgədə oynadığı rolu ortaya çıxarmaq baxımından olduqca əhəmiyyətlidir”, - deyə Ərdoğan qeyd edib.
Mənbə: "Anadolu” agentliyi
Ərdoğan: “Nöqtə qoyduğumuz mövzular Türkiyə-Rusiya əlaqələrində fərqli səhifə açacaq”
05
avqust
17:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat