Fransanın cənub-qərbində meşə yanğınlarına görə 10 mindən çox sakin təxliyə edilib.
Bunu Jironda departamentinin polis prefekturasının təhlükəsizlik üzrə müavini Martin Hepro bildirib.
Hepro əlavə edib ki, 6 min hektardan çox meşə massivi məhv olub. Yanğınlar havanın keyfiyyətinə mənfi təsir edib, zəhərli maddələrin konsentrasiyası artıb. Bu səbəbdən əhalidən açıq havada mümkün qədər az olmaq tövsiyə edilib.
Daxili İşlər Nazirliyi müəssisə rəhbərlərini könüllü yanğınsöndürənləri işdən buraxmağa çağırıb.
Yüksək temperatur və külək yanğınla mübarizəni çətinləşdirir. "Meteo France”ın məlumatına görə, iyulda ölkəyə cəmi 9,7 mm yağıntı düşüb ki, bu da bütün meteoroloji ölçmələr tarixində ilk haldır.
Fransada yanğınlara görə 10 mindən çox sakin təxliyə olunub
11
avqust
11:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat