"Hər gün Ukraynada təxminən 500 Rusiya hərbçisi ölür və ya yaralanır".
"Ukrinform” xəbər verir ki, bu barədə "The New York Times” nəşri ABŞ kəşfiyyat məlumatlarına əsasən yazıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramları üzrə direktoru Set Consun sözlərinə görə, belə ağır itkilər Rusiya ordusunu xeyli yorur və döyüş meydanında hücumun effektivliyini aşağı salır: "Rusiya ordusu tükənib. Bu, onun Ukraynadakı fəaliyyətinə təsir edir. Rusiya hətta Donetskdə tam nəzarəti təmin edə biləcək gücdə deyil”.
Makkeyn İnstitutunun direktoru Evelin Farkas bildirib ki, Rusiya hakimiyyəti öz ordusu üçün əlavə insan resursları cəlb etməkdə çətinlik çəkir: "Rusiya kütləvi səfərbərlik həyata keçirməsə, uduzacaq”.
NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali komandanı, istefada olan general Filip Bridlavın düşünür ki, Rusiyanın itkiləri kifayət qədərdir: "Vəziyyət o həddə çatıb ki, Rsuiya hətta əsir düşmüş ukraynalıları öz tərəfindən döyüşməyə məcbur etməyə çalışır. Rusiyanın insan resursu ilə bağlı ciddi problemi var".
Qeyd edək ki, Ukrayna Baş Qərargahının məlumatına görə, indiyədək bu ölkədə Rusiyanın 43 200 hərbçisi məhv edilib.
KİV: "Rusiya kütləvi səfərbərlik elan etməsə, uduzacaq"
12
avqust
17:51

Qarabağ
KOMMENTLƏR
Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 43 minə çatıb"
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
Ukrayna Baş Qərargahı Rusiya itkilərinin sayını açıqlayıb
Rusiya Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru öldü
Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar