Fransa hökuməti ölkədə rekord dərəcədə az yanacaq ehtiyatı olduğunu açıqlayıb və vətəndaşları indidən qışa hazırlaşmağa dəvət edib.
Xarici KİV xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasının deputatı İzabel Valentin bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri müxtəlif resursların çatışmazlığı artmaqdadır.
"Yarımkeçiricilər, xammallar, dənli bitkilər... Müharibə çoxsaylı sektorlara təsir edib ki, bu da ümumi qiymət artımına səbəb olur. Bu hal o cümlədən daim bahalaşan qalıq enerji daşıyıcıları ilə də baş verir. Özü də onların səviyyəsi rekord dərəcədə azdır”, - İ.Valentin bildirib.
Deputat əlavə edib ki, hazırda energetika sahəsində vəziyyət nəzarət altındadır, lakin qışda bu, idarəolunmaz hala gələ bilər, bahalaşma isə vətəndaşların alıcılıq qabiliyyətinə təsir edə bilər. O, artıq indidən qışa daha yaxşı hazırlaşmaq üçün istehlakçıları payızda ehtiyatlar toplamağa təşviq edəcək mexanizm hazırlamağı təklif edib.
скачать dle 12.1